ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Sənədlər/İstifadəçi Rölləri/İş Axtaranlar

İş Axtaranlar üçün Bələdçi

Shtat.az iş axtarışını sürətləndirən süni intellekt əsaslı platformadır. Profilinizi yaradın, uyğunlaşma imkanlarından istifadə edin və vakansiyalara müraciət edin.

Platforma Üstünlükləri

SmartCV Texnologiyası

Ağıllı CV

PDF formatında CV-nizi yükləyin. Süni intellekt məlumatlarınızı oxuyub profilinizdəki bölmələri (təcrübə, təhsil, sertifikat) avtomatlaşdırılmış şəkildə doldurur.

AI Match (Uyğunlaşdırma)

Süni İntellekt

Sistem bacarıqlarınızı və təcrübənizi şirkətlərin tələbləri ilə analiz edərək ən uyğun işləri faiz (%) göstəricisi ilə sizə təqdim edir.

Müsahibə Təqvimi (Təklif olunan vaxtlar)

İş Qrafiki

İşəgötürənlər tərəfindən sizə təklif olunan görüş vaxtlarını rahatlıqla nəzərdən keçirin, təsdiqləyin və ya geri çevirin.

Daxili Video Zənglər

Görüntülü

Heç bir kənar platformaya (Zoom, Teams) ehtiyac olmadan birbaşa platformada HR mütəxəssisləri ilə görüntülü danışın.

İzləmə Paneli

Sosial

Şirkətləri, vakansiyaları, faydalı bloq yazılarını və konsultantları izləyərək onların son fəaliyyətlərindən anında xəbərdar olun.

Şəxsi mesajlaşma

Mesajlaşma

İşəgötürənlər və konsultantlarla birbaşa mesajlaşaraq bütün suallarınıza cavab tapın.

AI Konsultant

Asistent AI

Süni intellekt əsaslı konsultant köməkçisi vasitəsilə karyera suallarınıza cavab tapın və məsləhətlər alın.

İstifadə Qaydası

01

Qeydiyyatdan Keçin

Qeydiyyat zamanı "İş Axtaran" bölməsini seçib profilinizi yaradın.

💡 İpucu:Məlumatlarınızı düzgün daxil etmək, AI uyğunluq faizinizi daha dəqiq edəcək.
02

SmartCV ilə Profilinizi Tamamlayın

Profil bölməsində PDF formatında CV-nizi yükləyin ki, məlumatlarınız profilinizə avtomatik əlavə olunsun.

💡 İpucu:Yüklənmiş CV əsasında bütün profil bölmələri (təcrübə, təhsil və s.) avtomatlaşdırılmış şəkildə doldurulacaq.
03

Profil Məlumatlarını Tənzimləyin

Lazım gələrsə, iş təcrübəsi, təhsil, sertifikat və bacarıqlarınızı daxil edərək profilinizi mükəmməlləşdirin.

💡 İpucu:Bacarıqlar (skills) bölməsinə nə qədər çox düzgün teq yazsanız, elanlarla uyğunluq göstəriciniz o qədər artar.
04

Sizə uyğun işlər

"Sizə uyğun işlər" bölməsindən süni intellekt tərəfindən namizədliyinizə görə tapılan və uyğunluq faizi təyin edilən işləri incələyin.

💡 İpucu:Buradakı işlər yalnız sizin CV-nizdəki bacarıqların tələb olunan işlərlə üst-üstə düşməsi əsasında hesablanır.
05

Vakansiyaya Müraciət Edin

İstədiyiniz vakansiyanı seçin, müvafiq CV-nizi işarələyin və müraciətinizi tamamlayın.

06

Şirkətləri və Bloqları İzləyin

Sizi maraqlandıran şirkətləri, elanları, bloqları və konsultantları izləmə siyahınıza əlavə edin.

07

Müsahibə Vaxtını Təsdiqləyin

İşəgötürən tərəfindən sizə təklif olunan müsahibə vaxtlarından sizə ən uyğun olanını seçin.

💡 İpucu:Seçdiyiniz vaxt dərhal işəgötürənin müsahibə təqviminə qeyd ediləcək və təsdiq bildirişi göndəriləcək.
08

Daxili Video Müsahibəyə Qoşulun

Müəyyən olunmuş vaxtda "Müsahibələrim" panelindən daxili video zəng düyməsini sıxaraq görüşə qatılın.